- Köhnə - Cəmiyyət
- 29 Mart 2013 15:56
- 2 324
Xalq artistinin qardaşının məhkəmə istintaqı yekunlaşıb
APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul olunub. Daha sonra çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin prokuror çıxışa hazır olmadığından aprelin 5-nə təxirə salınıb.
Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir.
Bakı şəhərində tikinti işləri ilə məşğul olan K. Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunur.
Qeyd edək ki, K. Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.
AzNews.az