Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə professor Solmaz Rüstəmova-Tohidinin hazırladığı kitab-albom nəşr olunub Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə professor Solmaz Rüstəmova-Tohidinin hazırladığı kitab-albom nəşr olunub

31 mart soyqırımının nadir fotoları - VİDEO

Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə professor Solmaz Rüstəmova-Tohidinin hazırladığı kitab-albom nəşr olunub





Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin hazırladığı "1918. Azərbaycan qətliamları foto və sənədlərdə" kitab-albomu ötən il nəşr edilib. Tarixçi professor hazırladığı kitab-albom barədə "ANS" TV-də keçən il yayımlanan "Əhatə Dairəsi" verilişində məlumat vermişdi. Kitab-albomda 1918-ci ilin mart və sonrakı aylarında daşnak-bolşevik silahlı birləşmələri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımlarla bağlı uzun illər itirilmiş sayılan nadir faktoloji materiallar ilk dəfə geniş ictimaiyyətə təqdim edilib.

Yeni nəşrdə 1918-ci ilin mart-iyul aylarında Bakı və Şamaxı şəhərlərində, o cümlədən Şamaxı, Kürdəmir və Göyçayın yaşayış məntəqələrində qətlə yetirilən on minlərlə soydaşımızın faciəli taleyini əks etdirən nadir foto nümunələri təqdim edilir. Eyni zamanda, müsəlman əhaliyə məxsus müxtəlif təyinatlı əmlakın talan və dağıntılardan sonrakı vəziyyətini əks etdirən materiallar da yer alır. Kitabdakı fotolar Azərbaycan nümayəndə heyəti tərəfindən 1919-cu ildə Paris Sülh Konfransı iştirakçılarına, o cümlədən bir çox əcnəbi ölkələrin dövlət başçılarına təqdim edilib.

"1918. Azərbaycan qətliamları foto və sənədlərdə" kitab-albomu türk, ingilis və rus dillərində tərtib olunub.

AzNews.az



image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description