“Gülər xanım deyirdi ki, bu hadisələrdən sonra..” “Gülər xanım deyirdi ki, bu hadisələrdən sonra..”

Gülər Əhmədova Ağabəy Sultanovun xəstəsi olub? – VƏKİL DANIŞIR

“Gülər xanım deyirdi ki, bu hadisələrdən sonra..”



Psixoloq-psixoterapevt Dəyanət Rzayev hazırda təcridxanada saxlanılan keçmiş millət vəkili Gülər Əhmədovanın onun və hətta ölkənin baş psixatrı olmuş mərhum Ağabəy Sultanovun pasiyenti olması ilə bağlı açıqlama verib. G.Əhmədovanın vəkili də Raqif Mustafayev AzNews.az-a açıqlamasında müdafiə etdiyi şəxsin psixoloq yardımı aldığını təsdiq edib:

"Dəyanət Rzayevin adını Gülər xanımdan eşitmişəm. Gülər xanım deyirdi ki, bu hadisələrdən sonra nevropotoloqa müraciət edib. Dərmanlar təsir etmədiyinə görə, psixoloqa müraciət etməyi qərara alıb. Ancaq Gülər Əhmədovanın Ağabəy Sultanovun da pasiyenti olması ilə bağlı heç bir məlumatım yoxdur və bu barədə Gülər xanım mənə heç nə deməyib".

Mayın 16-da G.Əhmədova ilə görüşdüyünü deyən R.Mustafayev keçmiş deputatın vəziyyətində yaxşılığa doğru dəyişiklik hiss etdiyini də bildirib.

Elnarə
AzNews.az