- Köhnə - Cəmiyyət
- 26 İyul 2013 14:30
- 3 315
Yeni səfir: “Hədəfim əlaqələrimizi daha da dərinləşdirməkdir“
Xanım H.Tempel deyib ki, Azərbaycan xüsusi qonaqpərvərliyi və tolerantlığı ilə seçilən gözəl bir ölkədir: "Mən yeni fəaliyyətimə görə çox məmnunam. Mənim hədəfim Azərbaycan və Almaniyanı bir-birinə daha da yaxınlaşdırmaq və bizim sıx iqtisadi və mədəni əlaqələrimizi daha da dərinləşdirməkdir".
Qeyd edək ki, Azərbaycana yeni təyin olunmuş səfir H.Tempel ötən cümə günü Azərbaycan Prezident İlham Əliyevlə vidalaşan səfir Herbert Kvellenin xələfidir.
H.Tempel əvvəllər Berlində Almaniya Xarici İşlər Nazirliyinin
mədəniyyətlərarası dialoq üzrə səfiri və xüsusi müvəkkili vəzifəsində, həmçinin Brüssel və Cakartada fəalliyyət göstərib.
AzNews.az