- Köhnə - Cəmiyyət
- 27 İyul 2013 10:30
- 2 283
AMEA doktoranturaya qəbulun vaxtını açıqladı
AMEA-nın Təhsil və kadrlar şöbəsinin müdiri Sara Əfəndiyevanın Lent.az-a verdiyi məlumata görə, AMEA və AMEA-ya tabe olmayan elmi təşkilatlara (Təhsil Nazirliyi istisna olmaqla) doktoranturaya qəbul elanı avqustun 20-dən sonra veriləcək. Doktoranturaya sənəd qəbulu isə sentyabrın 1-dən 30-dək aparılacaq. AMEA sistemi üzrə doktoranturaya qəbul imtahanları oktyabrda başlayacaq.
S. Əfəndiyevanın sözlərinə görə, hələlik doktoranturaya qəbul planı təsdiq olunmayıb və Nazirlər Kabinetində müzakirə mərhələsindədir.
AzNews.az