DİN-dən suda boğulan körpə ilə bağlı - Açıqlama

Daxili İşlər Nazirliyi 8 aylıq uşaqğın kanalda boğulması ilə bağlı məlumat yayıb.

AzNews.az DİN-in saytına istinadən xəbər verir ki, sentyabrın 13-də saat 23.55 radələrində Suraxanı rayonu ərazisində Bakı şəhər sakini Namik Hacıyev idarə etdiyi "VAZ-2106" markalı avtomaşını yolun kənarındakı kanala aşırıb. Nəticədə N.Hacıyevin sərnişini - 8 aylıq oğlu suda boğulub.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

AzNews.az