- Köhnə - Cəmiyyət
- 6 Noyabr 2013 11:43
- 6 887
Heydər Əsədov gürcüstanlı həmkarı ilə görüşdü- Foto

AzNews.az-ın məlumatına görə, səfər çərçivəsində kənd təsərrüfatı naziri H.Əsədov gürcüstanlı həmkarı Şalva Pipiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. H. Əsədov Azərbaycan və Gürcüstan arasında münasibətlərin Heydər Əliyevin sayəsində daha da möhkəmləndirildiyini və bu gün bu əlaqələrin prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini qeyd edərək, dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan, həyata keçirilən layihələrdən danışıb.
H.Əsədov iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruri olduğunu da bildirib. O, yeni sitruslar, çay və üzüm sortlarının genetik materialları ilə mübadilə, Azərbaycanın toxumçuluq müəssiələrində istehsal olunan yüksək keyfiyyətli toxumların Gürcüstanın heyvandarlıq təsərrüfatlarında istifadə imkanları və Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Gürcüstan bazarına ixrac həcminin artırılması üzrə səylərin artırılması ilə bağlı təkliflər irəli sürüb.
H.Əsədov Azərbaycan və Gürcüstanın aqrar sahədə elmi-araşdırma institutları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün gənc mütəxəssislərin hazırlanması və Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyətinin Gürcüstanın aparıcı ali məktəbləri və elmi mərkəzlərində təcrübə keçməsi ilə bağlı proqramların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Şalva Pipiya iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı yüksək qiymətləndirərək, bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.
AzNews.az
