- Köhnə - Cəmiyyət
- 9 Noyabr 2013 17:20
- 3 221
Aeroportda əcnəbilərə Bayraq Günü hədiyyələri verildi- FOTO
Tədbir Azərbaycan Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə təşkil edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 8-9-da təşkil edilən bu tədbir 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə "Yallı gedək - Bayrağımızı təbliğ edək" adlı layihə çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın bir sıra bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə gercəkləşdirilir.
AzNews.az