- Köhnə - Cəmiyyət
- 11 Dekabr 2013 12:37
- 7 116
Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına vəzifə verdi - Özəl

AzNews.az xəbər verir ki, A.Əzizov Bakı Şəhəri üzrə Təhsil İdarəsində məktəbdənkənar təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib. BŞTİ yarandığı müddətdən bəri həmin vəzifəni tutan Qənirə Sultanova isə sektorda böyük məsləhətçi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, A.Əzizov Misir Mərdanova yaxın adam kimi tanınıb. O, hətta keçmiş nazirin 3 cildlik "Azərbaycanın təhsil tarixi" kitabında da buraxılışa məsul olub.
33 yaşlı A.Əzizov Azərbaycan Dövlət Neft Akademiyası, daha sonra isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
İxtisasca menecmentdir.
Ruhiyyə
AzNews.az