Xalq artistinin səhhəti Milli Məclisdə müzakirə olunacaq Xalq artistinin səhhəti Milli Məclisdə müzakirə olunacaq

Ramiz Əzizbəylinin səhhəti kəskin pisləşdi

Xalq artistinin səhhəti Milli Məclisdə müzakirə olunacaq



AzNews.az xəbər portalında "Ramiz Əzizbəyli ilə bağlı çağırış: "Dəstəyinizi əsirgəməyin" başlıqlı yazıya reaksiya gəlib.

AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə deyib ki, adıçəkilən xəbəri oxuduqdan sonra xalq artisti Ramiz Əzizbəylinin səhhəti ilə yaxından maraqlanmaq və ona dəstək olmaq qərarına gəlib.

O, bununla bağlı bir neçə həmkarı ilə əlaqə saxladığını da söyləyib: "Deputat həmkarlarımla bu barədə danışdıq və razılığa gəldik ki, Milli Məclisin gələn həftənin əvvəlində keçiriləcək plenar iclasında xalq artisti Ramiz Əzizbəylinin səhhətindəki problemin həlli ilə bağlı məsələni müzakirəyə çıxaraq".

Ç. Qənizadə əlavə edib ki, Ramiz Əzizbəylinin ailəsinə zəng edərək, vəziyyəti ilə də maraqlanıb: "Onun ailəsinə həm də bildirdim ki, Milli Məclisdə Ramiz müəllimin müalicə olunması üçün kömək göstərilməsi məsələsinin müzakirəyə çıxarılması təklifini irəli sürəcəyik.
Bundan başqa Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovla da əlaqə saxladım. Əhliman müəllim dedi ki, hazırda Azərbaycanda deyil, amma Ramiz Əzizbəyilinin səhhətində yaranan problemdən məlumatlıdır. Əhliman Əmiraslanov Ramiz Əzizbəylinin səhhəti ilə maraqlandığını da mənə dedi və bildirdi ki, həkimlər aktyorun müalicə olunması üçün əlindən gələni əsirgəmir. Lakin ümid Allahadır".

Ç. Qənizadə ATU-nun rektorundan R. Əzizbəylinin sağalması üçün bütün lazım olanların edilməsini də təkrarən xahiş etdiyini söyləyib: "Bundan əlavə gələn həftənin birinci günü Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə yaradacağam".

Deputat bildirib ki, lazım gələrsə, hamılıqla Ramiz Əzizbəylinin xarici ölkələrin birində müalicəsi üçün tədbirlərin görülməsinə çalışılmalıdır.

Bahar Rüstəmli
AzNews.az