• Qərb
  • 9 May 19:57
  •  1 332

Şmıqal: Danimarka, Fransa və İtaliya Kiyevə 1 milyard avro köçürəcək

Danimarka, Fransa və İtaliya Kiyev üçün 1 milyard avroya silah alacaq.

Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal özünün Telegram kanalında yazıb.

O xatırladıb ki, bu gün Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya hərbi dəstək üçün təxminən 1,9 milyard avro ayırmaq niyyətində olduğunu rəsmən elan edib .

“Bu məbləğin 1 milyard avrosu “Danimarka modeli” adlandırılan silahların birbaşa Ukrayna istehsalçılarından alınmasına sərf olunacaq. 1 milyard avro məbləğində Ukrayna silahlarının alınmasını həyata keçirəcək Danimarka, Fransa, Hollandiya və İtaliyaya xüsusi təşəkkürlər”, - deyə Ukraynanın baş naziri yazıb.

Mövsüm

Aznews.az