Yaşar Gülər: Ən yaxşı şəkildə hazırlaşacağıq, amma sülh içində yaşayacağıq

"Bölgəmizdəki vəziyyəti nəzərə alaraq “döyüşə hazır ol” deməkdən başqa şansımız yoxdur. Ən yaxşı şəkildə hazırlaşacağıq, amma sülh içində yaşayacağıq”.

AzNews.az xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin komandan heyəti ilə birlikdə “Birliyin Gücü – 2026” təlimini izləyən müdafiə naziri Yaşar Gülər təlimdə iştirak edən hərbçilərə müraciətində deyib.

Türkiyənin müdafiə naziri çıxışında Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin təlimi həm planlaşdırma, həm də icra baxımından uğurla başa vurduğunu bildirib.

O, təlimin planlaşdırılmasında və keçirilməsində iştirak edən hərbçilərə, eləcə də quru qoşunları, hərbi dəniz qüvvələri, hava qüvvələri və komandan heyətinə təşəkkür edib, onlara uğurlar arzulayıb.