- Qərb
- 9 May 19:59
- 976
Papa XIV Leo ad seçimini belə izah edib

Yeni Roma Papası XIV Lev öz ad seçimini onunla izah edib ki, hazırda dünya XIII Leo-nun hakimiyyətinə bənzər inqilablar dövründədir.
Bu barədə Serb kardinalı, Belqrad arxiyepiskopu Laslo Nemetə istinadən "La Repubblica" qəzeti məlumat yayıb .
"Mən onunla bir masa arxasında oturmaq şərəfinə nail oldum və ad seçimi ilə bağlı sual verdik. Bu, çox maraqlıdır. O dedi ki, biz yeni inqilab dövründə yaşayırıq. Əvvəlki Leo dövründə sənaye inqilabı olub, indi isə rəqəmsal inqilab yaşayırıq", - Nemeta bildirib.
XIII Leo 1878-ci ildən 1903-cü ilə qədər Müqəddəs Taxt-Tacın Papası vəzifəsində çalışmış italyan dini lider idi. O, sələfləri və davamçılarından daha çox 88 ensiklik nəşr etdi.
Mövsüm
Aznews.az