Ermənistanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini açıqlayıb

Ermənistan Respublikasının Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini elan edib.

Rəsmi məlumata görə, seçkilərdə 1 milyon 476 min 769 nəfər iştirak edib. Seçici fəallığı 58,9 faiz təşkil edib.

Nəticələrə əsasən, hakim "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49,7 faizini toplayaraq birinci olub.

Beləliklə, ən çox səs toplayan "Vətəndaş Müqaviləsi" Partiyası yeni Ermənistan hökumətini təkbaşına formalaşdırmaq imkanı əldə edib.

"Güclü Ermənistan" bloku seçicilərin 23,2 faizinin dəstəyini qazanıb.

"Ermənistan" bloku isə 9,9 faiz səs toplayıb.

Bununla yanaşı, "Çiçəklənən Ermənistan" Partiyası 3,89 faiz səs əldə edib. Eyni zamanda qeyd edilir ki, "Çiçəklənən Ermənistan" Partiyası (PPA) parlamentə keçmək üçün tələb olunan seçki baryerini aşa bilməyib və qanunverici orqanda təmsil olunmayacaq.