- Köhnə - Cəmiyyət
- 27 Fevral 2014 15:47
- 3 885
Rüşvətdə ittiham olunan dekan müavini: “İşdən çıxarılmamışam”

Bunu "Axar.az"a açıqlamasında tələbədən rüşvət tələb etdiyi üçün işdən çıxarıldığı iddia edilən dekan müavini Asif Bayramov deyib.
Dekan müavini haqqında gedən məlumatın yalan olduğunu deyib: "Boş-boş söhbətlərdir. İşdən çıxarılmamışam. Hamısı yalan məlumatlardır".
Qeyd edək ki, mətbuatda Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəliminin ondan rüşvət tələb etdiyini iddia edən 4-cü kurs tələbəsinin qalmaqallı çıxışından sonra rektor Abel Məhərrəmovun əmri ilə həmin fakültənin dekan müavini Asif Bayramovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı məlumat dərc olunmuşdu.
AzNews.az