- Köhnə - Cəmiyyət
- 26 May 2014 11:55
- 3 128
Azad Rəhimov vətəndaşları qəbul etdi- FOTO
![](https://www.aznews.az/storage/photos/azad_rahimov_shamkir_260514_4aaz.jpg)
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 50-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda 20-yə yaxın müraciət Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili ilə bağlı olub.
15-dən artıq müraciət idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri ilə bağlı olub.
Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər istiqamıtində olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Qeyd edək ki, bu nazir Azad Rəhimovun sayca 15-ci vətəndaş qəbuludur. Şəmkirdən öncə nazir İsmayıllı, Lənkaran, Mingəçevir (2 dəfə), Şirvan, Quba (2 dəfə), Qəbələ, Gəncə, Sumqayıt, Beyləqan, Sabirabad, Şamaxı və Masallıda vətəndaşları qəbul edib.
Azad Rəhimov ümumilikdə 600-dən çox vətəndaş qəbul edib.
AzNews.az