Hərbiçilərimiz Moskvaya gedir

Azərbaycanın bir qrup hərbçisi beynəlxalq tədbirdə iştirak üçün Rusiyanın paytaxtına gedəcəklər.


Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin nümayəndələrinin səfərinin məqsədi avqustun 13-dən 17-dək Moskva şəhərində (Rusiya) "Maşınqayırma texnologiyaları-2014" 3-cü beynəlxalq forumunda və "Oboronekspo-2014" sərgisində iştirak etməkdir.

AzNews.az