“Baku Taxi” MMC şirkəti gündəlik planın qaldırılmasına və buna görə bəzi sürücülərin etiraz etməsi məsələsinə münasibət bildirib. “Baku Taxi” MMC şirkəti gündəlik planın qaldırılmasına və buna görə bəzi sürücülərin etiraz etməsi məsələsinə münasibət bildirib.

“Baku Taxi” ittihamları cavablandırdı: “Artıq qərar verilib”

“Baku Taxi” MMC şirkəti gündəlik planın qaldırılmasına və buna görə bəzi sürücülərin etiraz etməsi məsələsinə münasibət bildirib.


Şirkətin istismar üzrə rəis əvəzi Qəribəli Məmmədov AzNews.az-a bildirib ki, planın 28 manatdan 34 manata qaldırılmasının səbəbi iş prosesində aparılan islahatlar - sürücülərin sayının artırılmasıdır:
"Əvvəlcə onu qeyd edim ki, şirkət gündəlik tək və cüt növbbəli işləyən taksi sürücülərinin fəaliyyəti ilə dəyərləndirmə aparıb. Araşdırma zamanı məlum olub ki, qəza törədən, maşında təmizliyə riayət etməyən, sərnişinlərlə davranış qaydalarını pozan şəxslər taksini gün ərzində tək idarə edən sürücülərdir".

Onun sözlərinə görə, bir şəxs sutka ərzində taksini tək idarə edirsə sonda bu, sürücünün pisixikasının pozulmasına gətirib çıxarır: "Törətdikləri xətalara görə, təkcə bu il ərzində 150-dən çox sürücü xəttən kənarlaşdırılıb. Bununla yanaşı bəzilərinə töhmət verilib. Buna görə də biz iki növbəli iş sisteminə keçirirk. Bu baxımdan da sürücülərin sayı artırılacaq".

Şirkət rəsmisi onu da vurğulayıb ki, ay ərzində 30-40 avtomobil qəzası olur: "Bunun 60-70 faizi yüngül, 30 faizi isə ağır qəzalardır. Bu da şirkətə ziyandır. Elə bu səbəbdən şirkətin idarə heyyəti qərarə gəlib ki, sürücülər iki növbəli çalışsınlar. Bir sürücünü taksini gün ərzində 8 saat idarə etməsinə icazə veriləcək və buna görə də 17 manat rüsüm ödəyəcək. Artıq şirkətin 50 faiz taksiləri ikinövbəli rejimə keçib. Əvvəllər bir sürücü həftəlik 168 manat ödəyirdisə bundan sonra plan haqqı 102 manat olacaq".

Q. Məmmədov hazırda şirkətdə müqavilə ilə 1213 sürücü çalışdığını və gündəlik 893 taksinin xəttə buraxıldığını da bildirib.
Qeyd edək ki, London taksiləri" kimi tanınan bənövşəyi taksilərdə gündəlik planın 28 manatdan 34 manata qaldırılması taksi sürücülərinin etirazına səbəb olub.

Amid
AzNews.az