Misir Mərdanovun işdən çıxarılan qohumu danışdı

“İşdən ayrılmaq məsələm doğrudur, amma hələ ki, işimdəyəm, əmr gözləyirəm”.


Bunu azvision.az-a açıqlamasında işdən azad olunduğu deyilən Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasının direktoru Novruz Dəmirov deyib.

Direktor işdən öz xahişi ilə ayrıldığını bildirib: "İşdən ayrılmaq üçün ərizə ilə Təhsil Nazirliyinə müraciət etmişəm. Ancaq işdən azad olunmağımla bağlı əmr verilməyib. Öz xahişim ilə işdən ayırlmaq istəyirəm".

Sabiq təhsil naziri Misir Mərdanovla qohum olması haqda yayılan məlumata aydınlıq gətirən Novruz Dəmirov bu məsələnin mənasız olduğunu vurğulayıb: "Öz şəxsi istəyimlə işdən ayrılıram. Bunun Misir Mərdanovla və digərləri ilə bağlı heç bir əlaqəsi yoxdur. Həmin informasiyaların məsələyə heç bir aidiyyəti yoxdu".

Saytın əldə etdiyi digər məlumata görə, N.Dəmirov Misir Mərdanovun xalası oğlu olmasa da, yaxın qohumluq əlaqələri var.

AzNews.az