Yəhudilər milli bayramlarını Bulvarda qeyd edirlər - Fotolar

Azərbaycanın yəhudi icması milli bayramını qeyd edir.


AzNews.az "Qafqazinfo" - ya istinadən xəbər verir ki, yəhudilər Roş-ha-şana adlanan yeni il bayramını hal-hazırda Dənizkənarı Milli Parkda keçirirlər.

Onlar bundan əvvəl sinaqoqa baş çəkiblər, dua və bayram adətlərini yerinə yetiriblər. Daha sonra yəhudilər bulvarda bir araya gəliblər.

Bu bayramın gəlişi ilə yəhudi xalqı 5775-ci ilə qədəm qoyur. Roş-ha-şana mərasimləri ənənəyə görə 3 gün davam edir.

AzNews.az
image description image description image description