Arif Əsgərovun qardaşı rəis təyin edildi

Nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı Əli Əsgərov yeni vəzifəyə təyinat alıb.


AzNews.az AzVision.az-a istinadən xəbər verir ki, Əli Əsgərov Dəllər dəmiryol stansiyasına rəis təyin edilib.

Qeyd edək ki, Ə.Əsgərov bundan öncə Tovuz Dövlət Dəmiryol Stansiyasının rəisi olub. Bir müddət əvvəl Əli Əsgərovun adam güllələməsi ilə bağlı mətbuatda sensasion məlumatlar yayılmışdı.

Bildirilirdi ki, 2013-cü ilin iyulun 31-də Tovuzun dövlət dəmiryol stansiyasının rəisi Əli Əsgərov ərazidə sahibsiz itləri güllələmək üçün çağrılan vətəndaşın əlindən tüfəngi alaraq atəş açıb. Bu zaman güllə küçənin əks tərəfində olan market sahibinin oğluna dəyib və həmin şəxs yaralanıb.