Ötən cümə nəyinki Azərbaycanın bütün Avropanın diqqətinin yönəldiyi olimpiya stadionunda baş tutan əsrarəngiz tədbirdə Azərbaycan ədəbiyyatında əbədi sevgini simvolizə edən Leyli və Məcnun obrazı yaddaşlara xüsusi həkk olundu. Ötən cümə nəyinki Azərbaycanın bütün Avropanın diqqətinin yönəldiyi olimpiya stadionunda baş tutan əsrarəngiz tədbirdə Azərbaycan ədəbiyyatında əbədi sevgini simvolizə edən Leyli və Məcnun obrazı yaddaşlara xüsusi həkk olundu.

Möhtəşəm açılışın qəhrəmanları danışdı - VİDEO

Ötən cümə nəyinki Azərbaycanın bütün Avropanın diqqətinin yönəldiyi olimpiya stadionunda baş tutan əsrarəngiz tədbirdə Azərbaycan ədəbiyyatında əbədi sevgini simvolizə edən Leyli və Məcnun obrazı yaddaşlara xüsusi həkk olundu.


ANS TV-nin məlumatına görə, möhtəşəm səhnə tərtibatı ilə yadda qalan şou öz füsunkarlığı ilə seçilirdi. Amma bu möhtəşəmliyi bir qədər də qeyri-adi edən tarixi əfsanəvi qəhrəmanları canlandıran Aydəmir və Nərgiz idi. Hazırlıqlara gəlincə isə Dövlət Rəqs Ansamblında fəaliyyət göstərən bu gənclər iki ay müddətində gün ərzində 4-5 saat məşq etdiklərini dedilər.

"Avropa Oyunlarının açılış mərasiminin bədii rəhbəri Dimitris Papaioannoudur. Onun dediyinə görə, ona nə gözəllik, nə də boy-buxunlu şəxs lazımdır, ona əsasən təbilik lazım idi. Çünki kameralar çəkəcək və neçə milyon insan buna baxacaq. Ona insanlara o enerjini çatdıra biləcək insanlar lazım idi. Məhz həmin gün biz ora gedəndə onun tərcüməçisi bildirdi ki, artıq Dimitris Papaioannoud öz seçimini edib", – deyə rəqqasə Nərgiz Nəsirzadə bildirib.

Aydəmirə gəldikə isə, o, tapşırığın elə də asanlıqla ərsəyə gəlmədiyini etiraf edir.

"Orada qaya ilə yer arasında məsafə 30 metr idi. Təqdimatdan öncə yanan daşla bir neçə dəfə məşq etdik. Məşqlərə yeni başlayanda əllərim yanırdı", – deyə rəqqas Aydəmir Aydəmirov qeyd edib.

Əlində yanan daşları gəzdirən Aydəmir necə olur olursun hər şeyin yaxşı olmasını qarşısına məqsəd qoyduğunu bildirdi:

"Yanan daşla o qədər məşq etmişdim ki, artıq özləri mənə deyirdilər ki, əlin yananda daşı burax. Amma bunu etmirdim, əgər bu iş mənə tapşırılıbsa, bunun öhdəsində layiqincə gəlməliyəm".

Sonda isə Məcnun olan Aydəmir və Leylimiz Nərgiz belə böyük bir layihədə iştirak etməklərindən qürurundan danışdılar.

Nərgiz Nəsirovanın söylədiyi kimi: "Biz yaşadıqca bu hisslər bizimlə əbədi yaşıyacaq".