Böyrəklər orqanizmdə metabolik tullantılardan təmizləmə, qan təzyiqi və qandakı qırmızı qan hüceyrəsi tarazlığını nizamlamaq kimi həyati əhəmiyyətli rol oynayırlar. Böyrəklər orqanizmdə metabolik tullantılardan təmizləmə, qan təzyiqi və qandakı qırmızı qan hüceyrəsi tarazlığını nizamlamaq kimi həyati əhəmiyyətli rol oynayırlar.

Böyrəklərimizin axırına çıxan vərdişlərimiz

Böyrəklər orqanizmdə metabolik tullantılardan təmizləmə, qan təzyiqi və qandakı qırmızı qan hüceyrəsi tarazlığını nizamlamaq kimi həyati əhəmiyyətli rol oynayırlar.


Ancaq bu vacib orqanımız öz məsuliyyətsizliyimizdən müxtəlif zədələnmələrəməruz qalırlar. Böyrəklərə zərər verən ən önəmli vasitələrdən biri bizim zərərli vərdişlərimizdi. Özümüzün də xəbərimiz olmadan adət etdiyimiz vərdişlər böyrək çatışmazlığı kimi ağır fəsadlara gətirib çıxarır. Bəs bu zərərli vərdişlər hansılardır?

Kifayət qədər suyun içilməməsi:

Gün ərzində lazımi qədər su içməmək böyrəklərdə qan axımını azaldır və ən sonda qanda müxtəlif zərərli toksinlərin toplanmasına səbəb olur. Atılmayan bu toksinlər öz növbəsində daxili orqanlara zərər verməyə başlayır. Buna görə gün ərzində 2-2.5 litr su içmək çox önəmlidir. Susadığınızı hiss etdikdə mütləq su içmək lazımdır. Çünki susadığınızı hiss etdiyinzdən nə qədər əvvəl orqanizmdə su qıtlığı baş verir. Bu o deməkdir ki, orqanizm susamadan, su içməyə vərdiş etmək lazımdır.

Duzlu yemək vərdişləri:

Duzun tərkibindəki natrium insan orqanizmi üçün çox zərərlidir. Böyrəklər duzu süzərkən zərərsizləşdirməyə çalışır. Lakin duz dozadan çox olduqda, böyrəklərin incə damarlarında təzyiq yüksəlməsinə və sidik süzmə funksiyasında problem yaranır. Ona görə də dəniz duzundan istifadə etmək lazımdır. Çünki dəniz duzunun tərkibində 64 mikroelement var. Bu da istifadə etdiyimiz duzdan qat-qat xeyirlidir.

Ağrıkəsicilərin istifadəsi:

Yüngül ağrılar zamanı ağrıkəsicilərdən istifadə etmək insan üçün ziyanlı vərdişlərdən sayılır. Çünki, ağrıkəsicilər ağrıları sakitləşdirsə də, digər tərəfdən orqanlara çox ziyan vurmuş olur. Həmçinin böyrək funksiyasının pozulmasına gətirib çıxarır.

Sidiyə gedə bilməmək:

Beyinə sidik ifrazı siqnalı çatan anda sidiyə çıxmaq lazımdır. Çünki, sidik qaldıqca böyrəklərə geri təzyiq edir nəticədə böyrək çatışmazlığı baş verir. Ona görə də, yatmadan öncə su içməməyə verdiş etmək lazımdır.

Aşırı dərəcədə çayın və qəhvənin içilməsi:

Susadıqa bəziləri suyun əvəzinə qazlı – şəkərli içkilər və ya çay, kofe içirlər. Bu içkilərin çoxunun tərkibində kofein var. Kofein qan təzyiqini yüksəldir. Bu da böyrəklərə ziyan vurur.

Ətli qidaların çox yeyilməsi:

Qırmızı ət və digər proteinlərin çox yeyilməsi də böyrəklərin işini çətinləşdirir. Ət həmçinin böyrəkdə əriməyən daşların yaranmasına səbəb olur.

Spirtli içkilərin çox içilməsi:

Spirtli içkilər başqa orqanların qorxulu düşməni olduğu kimi, böyrəklərin də axırına çıxır. Spirtli içkilərin qəbulu böyrəklərdə zərərli toksinlərin yaranmasına şərait yaradır. Yüksək miqdarda və uzun zaman spirtli içkilərin içilməsi böyrək kanallarının funksiyasını pozur, orqanizmdə yararlı mayeni dəf edir və böyrək çatışmazlığına yol açır.

Siqarət çəkmək vərdişi:

Günümüzdə ən qorxulu xəstəliklərin yaranmasının səbəblərindən biri də siqaretdir. Bu zərərlər böyrəkdən də yan keçmir. Bir çox araşdırmaçılar siqaret çəkilməsinin böyrək xəstəliklərinə yol açdığını söyləyirlər.

Tez-tez xəstələnmək:

İmmunitetin aşağı olması, tez-tez soyuqlamaq və qripə yoluxmaq da böyrək xəstəliklərinə yol açır.

Yuxusuzluq:

Gecələr yatan zaman orqan və toxumalar yenilənməyə başlayır. Yuxusuz qaldıqda, orqanizmdə gedən prossesin funksiyası pozulur, nəticədə böyrəklərin sıradan çıxmasına gətirib çıxarır. Böyrəklərin bədənimiz üçün həyati fəaliyyətini yerinə yetirə bilməsi üçün, yetərli yuxu və istirahətin əhəmiyyətini unutmaq olmaz.(atv.az)