AZAL-da biletlərin qiymətlərinin baha olması təkcə istirahətə getmək istəyənlərin deyil, həm də xaricdə təhsil alan tələbələrin də narazılığına səbəb olur. Narazılıqdan əlavə, onlar ucuz başa gəlməsi üçün təhsil aldıqları ölkəyə digər ölkələrin aeroportlarından getməyə üstünlük verirlər. Bu isə əlavə vaxt və enerji itkisidir. AZAL-da biletlərin qiymətlərinin baha olması təkcə istirahətə getmək istəyənlərin deyil, həm də xaricdə təhsil alan tələbələrin də narazılığına səbəb olur. Narazılıqdan əlavə, onlar ucuz başa gəlməsi üçün təhsil aldıqları ölkəyə digər ölkələrin aeroportlarından getməyə üstünlük verirlər. Bu isə əlavə vaxt və enerji itkisidir.

AZAL-ın “uçan” qiymətlərinə xaricdən də etiraz gəldi: “Soyğunçuluqdur”

AZAL-da biletlərin qiymətlərinin baha olması təkcə istirahətə getmək istəyənlərin deyil, həm də xaricdə təhsil alan tələbələrin də narazılığına səbəb olur. Narazılıqdan əlavə, onlar ucuz başa gəlməsi üçün təhsil aldıqları ölkəyə digər ölkələrin aeroportlarından getməyə üstünlük verirlər. Bu isə əlavə vaxt və enerji itkisidir.



Məsələ ilə bağlı AzNews.az-a danışan Ukraynadakı Azərbaycan diasporunun sədri Hikmət Cavadov AZAL-ın "uçurdan qiymətlər"inin ən çox tələbələrə təkcə ziyan verdiyini deyil, həm də təhlükə yaratdığını bildirib: "Xüsusən bayram ərəfələrində bilet tapmaq çətin olur. Bundan da əlavə tapılsa belə baha olur. Tələbə də pula qənaət etmək üçün iki reys dəyişir. Bu da öz növbəsində tələbələrin, həmçinin sadə vətəndaşların etirazına səbəb olur. Məsələn Ukraynanın hər hansı şəhərində təhsil alan tələbə istədiyi vaxt ailəsinə baş çəkə bilmir. Çünki bilet almağa maddi imkanları çatmır. Biletlərin qiymətləri bir az aşağı olsa, tələbələr də iki reyslə deyil, direct uçuşlarla vətənə yollana bilərlər. Həm də pula qənaət etmiş olarlar. Tələbələrin ikinci ölkənin hava uçuşlarından istifadə etməsi həm də təhlükəlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə şəraitindədir, düşmənlərimiz hər cür təxribata hazırdılar. Ötən il baş vermiş məlum hadisə də göstərdi ki, Azərbaycan vətəndaşları Tiflis avioreslərindən istifadə neqativ hallara gətirib çıxara bilər. Yadımızdadır ki, "Ukrayna Hava Yolları"na məxsus Kiyev-Tiflis reysini həyata keçirən təyyarə nasazlıq səbəbindən İrəvana məcburi eniş etmişdi. Bu zaman təyyarədə 25 azərbaycanlı da olub. Aeroportda təyyarədən düşmək istəməyən azərbaycanlılar sonradan gözləmə zalına aparılıblar.

Burada onlara sərhəd-keçid məntəqəsində pasportlarına möhür vurularaq quru yolu ilə Gürcüstana getmək təklif olunub. Azərbaycanlıların israrından sonra onlara təyyarənin təmirini gözləmək məsləhət görülüb. Uzun müddət aradan sonra onlar təyyarə ilə Tiflisə yola salınıb. Həmin vaxt bu məsələ də AZAL-ın məsuliyyət daşıdığını deyəndə qarşı tərəf mənim dediklərimi həyasızcasına təkzib edirdi. Məsələ o həddə çatdı ki, bu qurumun soyğunçuluğuna cənab Prezident İlham Əliyev də reaksiya verdi. İndi ümid edirik ki, AZAL qiymətləri ucuzla.şdıracaq və vətəndaşlarımız rahat və təhlükə riski olmadan xarici ölkələrə uçacaqlar".




Xaricə tez-tez səfərlər edən və orada oxuyan tələbələrlə görüşən gənc fəal Bəxtiyar Hacıyev isə Türkiyədə oxuyan tələbələrin bilet bahalılığından daha çox şikayətçi olduğunu deyir: "Türkiyədə təhsil alan tələbələrin çoxu, xüsusi ilə İstanbul və Ankarada oxuyanlar qiymətlərin bahalılığından şikayətçidirlər. Bakıdan AZAL ilə uçmaqla, Tbilisidən ucuz hava yolları ilə uçmaq arasında bir dəfədə 200-250 AZN fərq olursa, ildə iki dəfə uçan tələbə üçün 400-500 AZN fərq olur. Bu da tələbə büdcəsi üçün böyük fərqdir. Avropa ölkələrində təhsil alanlar üçün bu fərq daha da böyükdür".


Polşada təhsil alan azərbaycanlı tələbə Sahilə Mustafayeva AZAL-dakı qiymətlərin yüksək olması səbəbindən Gürcüstandan keçərək vətənə gəldiyini deyir: "AZAL-ın baha olması ona gətirib çıxarır ki, tələbələr Wizzair-in uçuşlarından istifadə edirlər. Wizzair-lə Gürcüstana gəlib, oradan da avtobusla Azərbaycana keçirik. Bu bizə AZAL-la direct uçuşlardan qat-qat ucuz başa gəlir. Beləcə xeyir də xarici şirkətlərə qalır. Biz tələbələr bir neçə yerdə dayanmaqla getsək də, narahat olsaq da çox şey itirmirik. Əksinə büdcəmizə qənaət edirik. İtirən AZAL olur".

S.Mustafayeva Avropa daxili uçuşları da AZAL-ın qiymətləri ilə müqayisə edib. "Avropanın şimalından cənubuna getmək, Azərbaycan daxili uçuşlardan daha ucuzdur. Düşünün artıq, aradakı qiymət fərqindəki uçurum nə qədərdir".

Xatırladaq ki, Prezident İlham Əliyevin hökumətin iyulun 13-dəki iclasında deyib ki, Azərbaycanda turizm sektorunun inkişafını əngəlləyən üç əsas səbəb var: bahalı aviabiletlər, viza prosedurlarının mürəkkəbliyi və bölgələrdə otellərin qiymətlərinin həddən artıq baha olması.

Prezident deyib ki, Azərbaycana gələn qonaqlar ölkəmizi tərifləyir, buradakı inkişafdan məmunluğunu bildirir. Lakin şikayətlənirlər ki, gəlmək çox çətindir. Çünki gərək haradasa bir ay əvvəl viza almaq üçün müraciət edəsən. Təyyarə biletlərinin qiymətinin bahalığı isə digər ciddi səbəbdir.

İlham Əliyev AZAL-ın fəaliyyətini tənqid edərək deyib ki, doğrudur, şirkətin göstərdiyi xidmətlər yüksək səviyyədədir və bunu AZAL-ın reysləri ilə uçanlar təsdiq edir.

"Lakin biletlər niyə baha olmalıdır? Biz ki yanacağı xaricdən almırıq, özümüz istehsal edirik. Kerosin başqa ölkələrlə müqayisədə nisbətən ucuz verilir. AZAL dövlət büdcəsindən hər il böyük həcmdə subsidiyalar alır. Bütün təyyarələr dövlət vəsaiti hesabına alınıb, bütün aeroportlar, infrastruktur dövlət vəsaitləri ilə tikilib. O zaman biletlər niyə baha olmalıdır?" - deyə prezident sual edib.

İlham Əliyev bu problemin aradan qaldırılması üçün göstəriş verib.

Nigar