Rumıniyanın Baş naziri istefa verib

Rumıniyanın Baş naziri Marçel Çolaku istefa verdiyini və rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının hakim koalisiyadan çıxdığını bəyan edib.

Aznews.az xəbər verir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb.

Çolaku həmçinin bildirib ki, Rumıniyada keçiriləcək prezident seçkilərinin ikinci turuna keçən namizədlərdən heç birini açıq şəkildə dəstəkləmək niyyətində deyil.