- Köhnə - Cəmiyyət
- 14 Avqust 2015 16:44
- 1 582
Baş prokuror vətəndaşlarla görüşdü

Baş prokuror Zakir Qaralov avqustun 14-də Tovuz rayon prokurorluğunun inzibati binasında Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov ümummilli lidei Heydər Əliyevin abidəsini ziyarət edib.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 21 vətəndaşın müraciəti, o cümlədən ərizə, şikayət və təkliflərini dinləyib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qaldırılan məsələlərin həll edilməsi üçün qəbulda iştirak edən prokurorluğun müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
Prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Qəbul zamanı vətəndaşlar əhaliyə göstərilən hərtərəfli qayğıya, bölgələrdə qəbulların silsilə xarakter almasına, regionlarda yüksək sosial-iqtisadi şəraitin yaradılmasına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.