Bu gündən "BakuBus" MMC-nin yeni - 3 nömrəli marşrut xətti istifadəyə verilir. Bu gündən "BakuBus" MMC-nin yeni - 3 nömrəli marşrut xətti istifadəyə verilir.

Yeni marşrut xətti istifadə verildi

Bu gündən "BakuBus" MMC-nin yeni - 3 nömrəli marşrut xətti istifadəyə verilir.


Qurumundan AzNews.az-a verilən məlumata görə, ilkin mərhələdə sınaq olaraq noyabrın 7,8 və 9-da marşrut üzrə hər gün 8 ədəd avtobus, noyabrın 10-dan isə 18 avtovus xidmət göstərəcək.

Fransa istehsalı olan "İveco" avtobusları 3 saylı xətt üzrə "Azadlıq Prospekti" metro stansiyasından başlayaraq - Süleyman Sani Axundov küçəsi - Şövkət Məmmədova küçəsi - Səttar Bəhlulzadə - Atatürk prospekti - Nəsib bəy Yusifbəyli küçəsi - Səməd Vurğun küçəsi - Ənvər Qasımzadə küçəsi -Bakıxanov küçəsi - İnşaatçılar prospekti - Ə.Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətində hərəkət edərək, əks istiqamətdə Şəhidlər xiyabanı - Parlament prospekti - Hüseyn Cavid prospekti - Ə.Haqverdiyev küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Xan Şuşinski küçəsi - Ənvər Qasımzadə küçəsi - Ceyhun Hacıbəyli küçəsi - Fətəli Xan Xoyski küçəsi - Koroğlu Rəhimov küçəsi - Fətəli Xan Xoyski küçəsi - Atatürk prospekti -Şövkət Məmmədova küçəsi - Cəfər Xəndan küçəsi - İbrahim Paşa Dadaşov küçəsi- "Azadlıq Prospekti" m/st xətti üzrə hərəkət edir. Ümumi uzunluğu 25.8 km-dir.

"BakuBus" MMC əvvəlcədən müəyyən olunmuş digər xətləri də bu ilin sonuna qədər istifadəyə verməyi nəzərdə tutur.

Qeyd edək ki, "BakuBus" MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız "BakıKart" vahid ödəniş kartları ilə həyata keçirilir.

"BakıKart"la bir şəhərdaxili gediş haqqı 20 qəpikdir.

Sevinc