Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti sosial şəbəkədə yeni foto paylaşıb. Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti sosial şəbəkədə yeni foto paylaşıb.

Leyla Əliyevanın qızının - Fotosu

Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti sosial şəbəkədə yeni foto paylaşıb.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, onun adına olan İnstagram səhifəsində paylaşılan fotoda Leyla Əliyevanın əkiz oğlanları Əli və Mİkayılla yanaşı Əminə də var.

Leyla Əliyeva Əminəni bir müddət öncə uşaq evindən övladlığa götürüb.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir müddət əvvəl müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın Əminə adlı qızı övladlığa götürdüyünü açıqlamışdı:

"Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm".