“ABŞ Qarabağı işğal edənlərə yardım göstərməyə davam edəcək”

“ABŞ Qarabağa humanitar köməyi göstərməyə davam edəcək”.


AzNews.az-ın ans press-ə istinadla verdiyi məlumata görə, bu sözləri Ermənistanda səfərdə olan ABŞ-ın nümayəndə heyətinin üzvləri deyib.

Ermənistanda saytları nümayəndə heyətinə başçılıq edən ABŞ-ın dövlət katibinin köməkçisi Bridget Brinkin bəyanatlarını şərh ediblər. Şərhlərdə bildirilir ki, ABŞ Ermənistanı əldən buraxmaq niyyətində deyil.

Nümayəndə heyətinin üzvləri ABŞ-ın Ermənistanı xarici təsirdən qoruyacağını bildiriblər. ABŞ Ermənsitana korrupsiya ilə mübarizədə və demokratik institutların fəaliyyətinin artırılması məqsəsi ilə maliyyə yardımları ayıracaq. Mətbuat yazır ki, ABŞ Ermənistana siyasi dəstək kimi "Azadlığa Dəstək" Aktını (907-ci düzəliş) ləğv etməyəcək.

Bu akta görə, ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımı qadağan edilir. "Azadlığa Dəstək" Aktı 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən qəbul edilib. Keçmiş senator, ABŞ-ın hazırkı dövlət katibi Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə Konqressmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürülmüşdür.

ABŞ höküməti Ermənistana 907-ci düzəlişlə siyasi yardım, Avropa Birliyi isə maliyyə və digər istiqamətlərdə köməkliklər göstərir. Avropa Birliyinin Ermənistan nümayəndəliyini rəhəbəri Pyotr Svitalski isə bildirib ki, Ermənistanla qarşıdakı əməkdaşlığın istiqamətləri barədə danışıqlar tez bir zamanda başlayacaq.

Svitalskinin sözlərində görə, Avropa Birliyi Ermənistana terrorçuluqla mübarizədə yardım gösətərəcək.

Avropa və ABŞ-la isti münasibətlər quran Ermənistan Rusiya ilə də əməkdaşlığını inkişaf etdirir. Bir nəçə gün əvvəl Vladimir Putin Rusiya və Ermənistan vahid Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması barədə sərəncam imzalayıb.

Bu ayın sonunda isə Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistana səfər edəcək. Səfər çərçivəsində Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi barəsində razılaşmanın imzalanacağı gözlənilir.

Baş verən proseslərə nəzər saldıqda dünyanın bir qütbündə ABŞ və Avropa Birliyi, digər qütbündə isə Rusiya dayanır. Amma bu əks qütblər Ermənistan mövzusu gələndə birləşirlər. Biri təhlükəsizlik, digəri isə demokratiya adı altında Ermənistana, həmçinin separatçı Qarabağ rejiminə yardımlar edirlər.

Amma Ermənistanın demək olar ki, heç bir təbii sərvəti yoxdur ki, həmin dövlətlər bu yardımların əvəzində nəsə qazanc əldə etsinlər. Ermənistan hökümətinin qeyri-müəyyən siyasəti isə hazırda hər iki qütbü özünə cəlb edə bilir.