Təhsil Nazirliyi Sumqayıtın icra başçısı Zakir Fərəcovun müəllimələrə şalvar geyinməyi qadağan etməsi ilə bağlı xəbərə aydınlıq gətirib. Təhsil Nazirliyi Sumqayıtın icra başçısı Zakir Fərəcovun müəllimələrə şalvar geyinməyi qadağan etməsi ilə bağlı xəbərə aydınlıq gətirib.

Nazirlikdən icra başçısının şalvar qadağasına - Reaksiya

Təhsil Nazirliyi Sumqayıtın icra başçısı Zakir Fərəcovun müəllimələrə şalvar geyinməyi qadağan etməsi ilə bağlı xəbərə aydınlıq gətirib.



Nazirlikdən bildirilib ki, şagirdlərdən fərqli olaraq pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər üçün hər hansı geyim forması müəyyənləşdirilməyib.

"Bununla belə, məktəb rəhbərləri tərəfindən hər bir müəllimin pedaqoji etika və estetikaya uyğun olmayan, həmçinin şagirdlərin tərbiyəsinə mənfi təsir edən geyimlərinə icazə verilmir. Qadın müəllimlərin şalvar geyinmələrinə Təhsil Nazirliyi tərəfindən hər hansı qadağa qoyulmayıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən məktəb, müəllim və şagirdlərlə aparılan iş barədə Nazirliyə həmin qurumdan hər hansı müraciət daxil olmayıb".

Qeyd edək ki, Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov son keçirdiyi iclasda məktəblərdə qadın müəllimlərin şalvar geyinməməsini məsələhət bilib.

İcra başçısı qeyd edib ki, qadın müəllimlər şagirdlərin qarşısında şalvarda yox, rəsmi formada çıxmalıdır. Artıq icra başçısının göstərişlərinə məktəblərdə əməl edilməyə başlanılıb.

Azvision.az