Bu dəqiqələrdə Bayıl qəsəbəsi, 20-ci sahə yaşayış massivinin Arif İsmayılov küçəsinin sakinləri etiraz aksiyası keçirir. Bu dəqiqələrdə Bayıl qəsəbəsi, 20-ci sahə yaşayış massivinin Arif İsmayılov küçəsinin sakinləri etiraz aksiyası keçirir.

Bayıl qazsız qaldı - Sakinlər etiraz edir

Bu dəqiqələrdə Bayıl qəsəbəsi, 20-ci sahə yaşayış massivinin Arif İsmayılov küçəsinin sakinləri etiraz aksiyası keçirir.



AzNews.az xəbər verir ki, aksiyada qəsəbənin 100-ə yaxın sakini iştirak edir. Aksiyaya səbəb isə iki aydan çoxdur ki, sözügedən ünvana təbii qazın verilişinin dayandırılmasıdır.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev AzNews.az-a açıqlamasında bildirib ki, sözügedən ünvana qazın verilməməsi tənzimlənmə işləri ilə əlaqədardır: "Hazırda əməkdaşlarımız hadisə yerindədir. Orada tənzimlənmə işləri aparırlar. Həyət evlərinin içərisindən keçən qaz xətləri var. Həmin xətlərdə tıxanmalar və qeyri-qanuni birləşmələr var. Hazırda onların təmizlənməsi ilə bağlı işləri aparılır".

Bahar RÜSTƏMLİ
AzNews.az