Bu gündən Gürcüstandan Azərbaycana diri heyvanların (xırda və iribuynuzlu) idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. Bu gündən Gürcüstandan Azərbaycana diri heyvanların (xırda və iribuynuzlu) idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Gürcüstandan diri heyvanların idxalına məhdudiyyət qoyuldu - Əmr

Bu gündən Gürcüstandan Azərbaycana diri heyvanların (xırda və iribuynuzlu) idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.


Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis vəzifəsini müvəqqəti icra edən, rəis müavini Azər Süleymanov məlumat verib.

O bildirib ki, bununla bağlı artıq bu gün DBNX-da müvafiq əmr imzalanıb.

A. Süleymanov qeyd edib ki, Gürcüstanın paytaxtı Tbilisi şəhəri yaxınlığındakı Varketili ərazisində xırda buynuzlu heyvanlar arasında "bulutank" virusu yayılıb: "Ümumilikdə Gürcüstandan Azərbaycana diri heyvanların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Lakin virusun qeydə alındığı ərazidən başqa digər yerlərdən Gürcüstan Baytarlıq Xidmətinin rəyi əsasında heyvan mənşəli məhsullar ölkəyə idxal edilə bilər".

A. Süleymanov onu da qeyd edib ki, qadağa virusun aradan qaldırılması ilə bağlı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından rəsmi məlumat daxil olduqdan sonra götürüləcək.

APA.az