Bu insanlar Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyəti daşıyır Bu insanlar Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyəti daşıyır

"Facebook" profilini 100, "WhatsApp" profilini isə 35 manata sındırırlar - VİDEO

Bu insanlar Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyəti daşıyır

İndiki dövrdə çox az insan tapılar ki, sosial şəbəkələrdə hesabı olmasın. Amma sosial şəbəkələrdən istifadə qədər buradakı hesabların təhlükəsizliyi də əhəmiyyət daşıyır.

Son zamanlar isə elə həmin sosial şəbəkələrin özündə bəzi işbazlar peyda olub. Özlərini haker adlandıran bu şəxslər pul qarşılığında şifrə sındırmağı təklif edirlər. Bəziləri isə bu işi görmək üçün hətta sifarişçidən nikah şəhadətnaməsi tələb edir. Baxmayaraq ki, bu işlə məşğul olmağın özü cinayət əməlidir.

Başqasının "Facebook" hesabını sındırmaq 100 manat və "WhatsApp" yazışmalarını əldə etmək isə cəmi 35 manata...

Həmçinin şəxsi həyata müdaxilə edən əlavə bəzi xidmətlər də təklif olunur. Qarşı tərəfin şəxsi foto və videolarına baxmaq, harada olduğunu və bütün sosial şəbəkələrdə kimlərlə yazışdığı izləməyin yollarını da öyrədirlər. İnternetdə bu xidmətləri təklif edən hakerlər açıq şəkildə internetdə elan verirlər.

Bəziləri isə qarşı tərəfdən yalnız pul istəmir. Özünü haker kimi təqdim edən bu şəxs evli insanların parollarını nikah şəhadətnaməsi olmadan sındırmadığını deyir.

Dırnaqarası hakerin sözlərinə görə, parol sındırmaq üçün əsas lazım olan məhz nikah şəhadətnaməsidir. O, özünə bu yolla bəraət qazandırmaqla yanaşı düzgün atdım atdığını düşünür.

Mütəxəsislərdə hesabların sındırılmasının mümkünsüzlüyünü istisna etmir. Lakin bəzi qabaqlayıcı tədbirlərlə bunun qarşısını almaq olur. Çətin parol seçməklə və hesaba daxil olanda bir istifadəlik mobil sms xidmətini aktivləşdirməklə təhlükəsizliyi təmin etmək mümkündür.

İşin hüquqi tərəfinə gəldikdə isə başqasının şəxsi internet hesabını sındıranlarla yanaşı bunu sifariş edənlər də Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyəti daşıyır. Başqasının hesabına müdaxilə edən şəxsi iki ildən başlayaraq azadlıqdan məhrum etmə cəzası gözləyir. (Xəzər TV)