Qırışlar üçün vazelin maskası

Yaş artdıqca dərimizdə bəzi təbii prosedurlar gedir.

Bunlardan biri də dərinin qırışmasıdır. Dəri qırışmasının qarşısını alan bir çox krem olsa da, bəzən onların qiyməti həddən artq baha olur.

AzNews.az dəri qırışlanmasının qarşısını almaq üçün təbii üsulu təqdim edir.

Tərkibi

1 ədəd yumurta sarısı

1 yemək qaşığı zeytun yağı və ya badam yağı

1 çay qaşığı vazelin

Vazelini mikrodalğalı sobada əridin. Daha sonra yumurta sarısı və yağla qarışdırın.

Hazırladığınız kremi üzünüzə çəkib 1 saat gözləyin və dəriniz maskanı yaxşıca əmdikdən sonra ilıq su ilə durulayın. Həftədə 1-2 dəfə təkrar edə bilərsiniz. Bu üsuldan sonra dəri yağı ilə dərinizə masaj edərək üz əzələrinizi rahatlatmaqla qırışların qarşısını almış olacaqsınız.

Nigar CƏFƏR,

AzNews.az