NASA yeni planet kəşf etdi

Onun radiusu bizim planetin 1,3 hissəsi qədərdir

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) mütəxəssisləri Yer kürəsi ölçüsündə və atmosferi olmayan qeyri-adi planet kəşf ediblər.

NASA-nın məlumatına istinadla xəbər verir ki, LHS 3844b adlandırılan planet Yerdən 48,6 işıq ili uzaqlıqda yerləşir və “qırmızı cırtdan” və ya M spektral sinfə məxsus olan ulduzun ətrafında fırlanır. Onun radiusu bizim planetin 1,3 hissəsi qədərdir və ulduzun ətrafında tam olaraq cəmi 11 saat ərzində fırlanır.

Astronomlar bildirirlər ki, “qırmızı cırtdana” qədər olan məsafə qısa olduğundan, LHS 3844b planeti həmişə ulduza tərəf bir yönü ilə baxır. Məhz bu amil planetin atmosferinin olmadığı qənaətini hasil etməyə imkan verir. Planetin “gündüz” hissəsi 770 dərəcə Selsiyədək qızır, “gecə” tərəfi isə bir az sərin olur. Temperaturun bu qədər yüksək olması da planetin atmosfersizliyi ilə əlaqədardır. Onun hər iki tərəfindəki isti və sərin hava arasında fərq o dərəcədə böyükdür ki, astronomların sonuncu ehtimalı tamamilə təsdiqlənir.

Tədqiqatın müəllifi Lora Kraydberq bildirib ki, yeni planetdə temperatur ən yüksək həddi belə keçib. Onun sözlərinə görə, LHS 3844b daha çox atmosferi olmayan nəhəng daşı xatırladır.

Mütəxəssisləri qeyd ediblər ki, bu planet səthləri kraterlər və bərkləşmiş lavalarla örtülmüş Ay və Merkuriyə daha çox bənzəyir.(AZƏRTAC)

AzNews.az