O, həkimə getdiyində qorxunc həqiqəti öyrənib O, həkimə getdiyində qorxunc həqiqəti öyrənib

Linzaları ilə dənizə girdi, kor oldu

O, həkimə getdiyində qorxunc həqiqəti öyrənib

Linzaları ilə dənizə girən 20 yaşlı Miyako Aiko-Murray gözünə parazit düşməsi nəticəsində kor olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ingilis Miyako Aiko-Murray keçən il Maltaya tətilə getmişdi.

Gənc qız dənizə gözlərindəki linza ilə girib. Sağ gözünə vuran bir dalğaya önəm verməyib. Ancaq tətildən döndüyündə gözləri qıpqırmızı olub. Zamanla dözülməz ağrılar başlayıb.

O, həkimə getdiyində qorxunc həqiqəti öyrənib. Dalğa gələn zaman gözünə düşən bir parazit linza olması səbəbindən çölə çıxa bilməyib, elə oradaca yuva quraraq çoxalıb.

1 il sonra Miyakonun sağ gözü tamamən kor olub.

Səidə Vahid

AzNews.az