"Putin dəfələrlə Moldova şərabını tərifləyib" "Putin dəfələrlə Moldova şərabını tərifləyib"

Dodon Putinə bir çəllək şərab göndərdi

"Putin dəfələrlə Moldova şərabını tərifləyib"

Moldova Prezidenti İqor Dodon ad günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə şərab göndərdiyini söyləyib.

Prezident deyib:

“Sözümü tutdum, özüm düzəltdiyim bir çəllək şərabı Moskvaya göndərdik. Fakt budur ki, Moldova Prezidenti xüsusi reyslə deyil, adi reyslə uçur və çəlləyi Aşqabada gətirmək asan deyildi. Rusiya Prezidentini Türkmənistan paytaxtında təbrik edərkən verdiyim sözü yerinə yetirdim”.

İ.Dodonun sözlərinə görə, Putin dəfələrlə Moldova şərabını tərifləyib.

2017-ci ildə Dodon Rusiya prezidentinə hədiyyə olaraq onlarla şüşə şərab gətirmişdi.(teleqraf.com)

AzNews.az