Sosial şəbəkənin rəsmi loqotipi əvvəlki kimi görünəcək Sosial şəbəkənin rəsmi loqotipi əvvəlki kimi görünəcək

“Facebook” loqosunu dəyişdi

Sosial şəbəkənin rəsmi loqotipi əvvəlki kimi görünəcək

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” loqotipini dəyişib.

AzNews.az xəbər verir ki, bununla bağlı şirkət özü məlumat yayıb.

"Facebook" işə tək bir proqram olaraq başladı. 15 il sonra, hazırda biz insanların dostları və ailəsi ilə ünsiyyət qurmasına, sosiallaşmasına və biznesin inkişafına təkan verən bir sıra məhsullar paketi təklif edirik.

Bu gün biz "Facebook"un təqdim etdiyi məhsulların daha aydın olması üçün şirkətimizin markasını yeniləyirik. Şirkətin yeni loqosunu təqdim edirik, bununla da "Facebook" şirkətini öz brendi olan "Facebook" tətbiqindən daha çox fərqləndiririk", - məlumatda deyilir.

Qeyd edək ki, sosial şəbəkənin rəsmi loqotipi əvvəlki kimi görünəcək. Yeni loqoda bütün hərflər böyük hərflə yazılıb və şrift xüsusi hazırlanıb.

Loqonun gif variantında isə şirkətin tərkibində olan “Instagram”, “WhatsApp” və digər şirkətlərin rəng çalarları görünür.

Pərvanə

AzNews.az