TikTok-u almaq üçün ABŞ-də investor qrupu yaradılır

ABŞ-nin keçmiş maliyyə naziri Stiven Mnuçin Nümayəndələr Palatasında qəbul edilən və Senata göndərilən “Amerikalıları Xarici Düşmənlərin Nəzarət Eddiyi Tətbiqlərdən Qorunması Qanunu” adlı qanun layihəsinin qəbul edilməsi və TikTok-un satılması lazım olduğunu düşündüyünü bildirib.

TikTok almaq üçün qrup quracağını deyən Mnuçin, "Bu, ABŞ bizneslərinə aid olmalıdır. Çinlilərin ABŞ şirkətinin Çində belə bir şeyə sahib olmasına icazə verməsi mümkün deyil" ,-deyə qeyd edib.

Mnuçin belə bir sövdələşmədə digər investorların kim olacağını dəqiqləşdirməsə də, "Google" və "Meta" kimi ABŞ texnologiya nəhənglərinin satınalma qrupuna daxil edilməyəcəyini bildirib.

Mövsüm

Aznews.az