“Ağıllı Fermer” milli süni intellekt platformasının yaradılması təklif edilib

“Ağıllı Fermer” milli süni intellekt platformasının yaradılması təklif edilib.

Aznews.az xəbər verir ki, belə təkliflər bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda təşkil etdiyi ictimai dinləmədə deputat Vüqar İskəndərov çıxış edib.

Deputat qeyd edib ki,. Azərbaycanın növbəti mərhələdə “ağıllı kənd təsərrüfatı” modelinə keçidi real və zəruri istiqamətdir: “Bütün bunları nəzərə alaraq “Ağıllı Fermer” milli süni intellekt platformasının yaradılmasını təklif edirəm. Dövlət və aqrar qurumların məlumat bazaları əsasında vahid süni intellekt platforması qurula bilər. Bu platforma fermerlərə mobil tətbiq vasitəsilə tövsiyələr verər. Platforma peyk görüntüləri və sensorlar əsasında torpağın rütubəti və məhsul vəziyyətinin analizini, xəstəlik və zərərvericilərin erkən aşkarlanmasını, suvarma və gübrələmə üçün optimal vaxtın müəyyən edilməsini, region üzrə məhsuldarlıq proqnozlarının verilməsini təmin edə bilər. Eyni zamanda aqrar dron və robot texnologiyalarının tətbiqini təklif edirəm. Süni intellektlə işləyən aqrar dronlar və robot texnikası üçün xüsusi tətbiq yaradıla bilər. Bu proqram çərçivəsində dronlar vasitəsilə sahələrin monitorinqi və xəritələşdirilməsi, dəqiq pestisid və gübrə səpilməsi (israfın azalması), böyük sahələrdə avtonom texnika ilə əkin və yığım təmin oluna bilər. Aqrar universitetdə süni intellekt və aqrotexnologiya laboratoriyasının yaradılması da vacibdir. Bu yanaşma su və gübrə istifadəsini azaldar, məhsuldarlığı artırar”.