"Nikol Paşinyandan başqa, hakimiyyətin heç bir nümayəndəsi ilə görüş istəmirik". "Nikol Paşinyandan başqa, hakimiyyətin heç bir nümayəndəsi ilə görüş istəmirik".

Aksiyaçılar Paşinyana xəbərdarlıq etdi

"Nikol Paşinyandan başqa, hakimiyyətin heç bir nümayəndəsi ilə görüş istəmirik".

Ermənistan müdafiə nazirinin keçmiş müavini, parlamentin sabiq deputatı, "Erkrap" könüllü ittifaqının sədri olmuş Manvel Qriqoryanın həbsini tələb edən aksiyaçılar ölkənin baş naziri Nikol Paşinyanla görüşmək istəyir.

Bu barədə aksiyanın təşkilatçılarından biri Civan Abramyan jurnalistlərə bildirib.

"Nikol Paşinyandan başqa, hakimiyyətin heç bir nümayəndəsi ilə görüş istəmirik", - deyə o bildirib. Aksiyaçı Paşinyana müraciət edərək, qrup üzvlərinin üç gün ərzində onunla görüşmək istədiklərini bildrib. "Bizim sizə deyəcəyimiz söz var", - deyə Abramyan qeyd edib.

Etiraz aksiyasının təşkilatçısı ölkədə itaətsizlik aksiyalarına başlamağa çağırıb. O, həmçinin bildirib ki, bugünkü aksiyanın iştirakçıları Arşakunyas prospekti üzrə addımlayıblar. Civan Abramyan aksiyaçıların magistral yolu bağlayacaqlarını istisna etməyib.

Qeyd edək ki, Ermənistanın müdafiə nazirinin keçmiş müavini, sabiq deputat Manvel Qriqoryan ötən il iyunun 19-də saxlanılıb. O, qanunsuz silah-sursat saxlamaqda, əmlak mənimsənilməsində ittiham edilir.

Manvel Qriqoryanın ötən il dekabrın 21-də 52 min dollar (25 milyon dram) məbləğində girov qarşılığında zaminə buraxılıb. O, zaminə buraxılandan sonra etiraz aksiyaları başlayıb. (report)

AzNews.az