Azərbaycanlı zabitlər müşahidəçi qismində fəaliyyətə başlayıblar. Azərbaycanlı zabitlər müşahidəçi qismində fəaliyyətə başlayıblar.

Azərbaycan sülhməramlıları Cənubi Sudanda xidmətə başladılar

Azərbaycanlı zabitlər müşahidəçi qismində fəaliyyətə başlayıblar.

Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında keçirilən sülhməramlı missiyada iştirak etmək üçün Cənubi Sudanın paytaxtı Cuba şəhərinə gedib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, azərbaycanlı zabitlər BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada müşahidəçi qismində fəaliyyətə başlayıblar.

Qeyd edək ki, keçən il noyabrın 30-da Azərbaycanın 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.

© AzNews.az