Gec-tez Qarabağ torpaqları azad olunacaq Gec-tez Qarabağ torpaqları azad olunacaq

Aprel döyüşləri Azərbaycanın hərbi-siyasi gücünü ortaya qoydu

Gec-tez Qarabağ torpaqları azad olunacaq

Azərbaycan döyüşlərdə övladlarını itirdi, qazilərimiz oldu. İgid əsgərlərimiz düşmənin illərdir ki, özü haqqında yaratdığı “qalib” obrazını darmadağın etdi.

Bu sözləri AzNews.az-a "SinerjiPro"nun rəhbəri Ufuk Aydın deyib.

Onun sözlərinə görə, aprel döyüşlərində Azərbaycan Ermənistanın təxribatına yüksək səviyyədə cavab verdi. Döyüşlər Azərbaycan ordusunun hərbi gücü ilə yanaşı, siyasi-diplomatik qələbəsini şərtləndirdi:

"Üstəlik, dünya birliyi Azərbaycan xalqının öz torpaqlar uğrunda ölməyə hazır olduğunun şahidi oldu. Deyərdim ki, aprel döyüşlərinin Türk hərb tarixində xüsusi yeri var. Strateji postlar Azərbaycan ordusunun nəzarəti altında keçdi. Bu gün Azərbaycan əsgərləri düşmənin strateji yerlərini nəzarətində saxlayır. İnşallah, gec-tez Qarabağ torpaqları azad olunacaq. Çünki min illərdir ki, bu torpaqlarda Azərbaycan türkləri yaşayıb və bundan sonra da yaşayacaq”.

AzNews.az