Qarabağ ətrafında kəskin toqquşmalar gözlənilmir Qarabağ ətrafında kəskin toqquşmalar gözlənilmir

Paşinyan Madrid prinsiplərindən imtina etsin - Babayan

Qarabağ ətrafında kəskin toqquşmalar gözlənilmir

Madrid prinsipləri Qarabağ münaqişəsinin həllinə səbəb ola bilməz. Münaqişənin həlli üçün yeni yanaşmalar lazımdır.

Bu iddia ilə qondarma Qarabağ rejiminin keçmiş müdafiə naziri Samvel Babayan çıxış edib. Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan Madrid prinsiplərindən imtina etməli və yeni format axtarışına keçməlidir:

“Bir qarış torpaq verməyəcəklərini deyənlər Madrid prinsipləri əsasında danışıqları necə aparırlar? Bunun ətrafında müzakirə aparıb torpaq istəyən azərbaycanlılar danışıqları boş yerə aparırlar?”.

O həmçinin yaxın illərdə Qarabağ ətrafında kəskin toqquşmaların gözlənilmədiyini deyib. (Axar.az)