Medvedev Ermənistana gedir

Hökumət rəhbəri Ermənistan baş naziri Nikol Paşinyanla görüşəcək

Rusiya baş naziri Dmitri Medvedev aprelin 29-da Yerevana rəsmi səfər edəcək.

“Komsomolskaya pravda”nın xəbərinə görə, hökumət rəhbəri Ermənistan baş naziri Nikol Paşinyanla görüşəcək.

O, aprelin 30-da isə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin (Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan) Hökumətlərarası Şurasının iclasına qatılacaq.(qafqazinfo.az)

AzNews.az