"ATƏT-in Minsk qrupu 30 ilə yaxındır münaqişənin həllinə çalışır" "ATƏT-in Minsk qrupu 30 ilə yaxındır münaqişənin həllinə çalışır"

“Bu problem olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi”

"ATƏT-in Minsk qrupu 30 ilə yaxındır münaqişənin həllinə çalışır"

“Bəşəriyyət inkişaf etdikcə biz dünyada qaçqın və məcburi köçkünlərin sayının artmasını görürük. Əlbəttə bu bizim hər birimizi düşündürməli olan problemdir”.

Bunu Baş nazirin müavini Əli Əhmədov Ümumdünya qaçqınlar gününə həsr edilmiş tədbirdə deyib.

Baş nazirin müavini vurğulayıb ki, bu gün dünyada demokratik dəyərlər haqqında 100 il əvvəlkindən çox danışılır, ancaq dünyada qaçqınların sayı artır: “Dünyanın malik olduğu sərvətlər bütün insanların firavan yaşaması üçün yetərlidir, lakin dünyada baş verən ədalətsizliklər buna imkan vermir”.
Ə. Əhmədov deyib ki, gərək bütün dünya səylərini birləşdirib qaçqın və məcburi köçkün artımının qarşısını alsın.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan qaçqın və məcburi köçkün problemindən ən çox əziyyət çəkən ölkədir: “30 ilə yaxındır ki, bu vəziyyətlə qarşı-qarşıya qalan Azərbaycan qaçın və məcburi köçkünlərin normal yaşaması üçün kifayət qədər vəsait sərf edir”.

Baş nazirin müavini bildirib ki, ATƏT-in Minsk qrupu 30 ilə yaxındır münaqişənin həllinə çalışır. O qeyd edib ki, Minsk qrupu bu müddət ərzində bir sıra işlər görsə də, bunun məcburi köçkünlərin həyatına heç bir təsiri olmayıb.

Ə.Əhmədov vurğulayıb ki, bu problem olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi, insanlar daha firavan yaşayardı: “Dünya bu məsələyə ədalətlə yanaşmalı, münaqişələrin həlli üçün səylərini birləşdirməlidir”. (APA)