Hərbi əməliyyatlar davam etdirilir Hərbi əməliyyatlar davam etdirilir

Prezidentin köməkçisi: Azərbaycan Ordusu Ermənistanın müqavimətini sarsıdıb

Hərbi əməliyyatlar davam etdirilir

Hərbi əməliyyatlar davam etdirilir. Bu müddət ərzində Ermənistanın hərbi infrastrukturuna ciddi zərbə vurulub.

AzNews.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, yüksək texnologiyalardan istifadə edilərək Ermənistanın hərbi infrastrukturu və texnikaları sıradan çıxarılır. Nəticədə, Azərbaycan Ordusu Ermənistanın müqavimətini sarsıdıb: "30 il müddətində ermənilər hərbi istehkam sistemi qurublar. Qısa müddət ərzində bu istehkam sıradan çıxarılıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulsun".