- Qayıdış
- 7 Oktyabr 2020 13:00
- 2 384
Ermənilər öz tanklarını atəşə tutub
Məlumatı Müdafiə Nazirliyi yayıb
Məlum olduğu kimi, düşmənin 3 tankından ibarət tank kolonu gecə vaxtı Xankəndindən çıxaraq ön xəttə doğru irəliləyib. Lakin, ön xətt bölmələrinə çatmadan zirehli texnika kolonu öz artilleriya bölmələrinin atəşinə məruz qalıb.
Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatlara görə, "dəqiq" zərbə ilə 1 tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb.