Nazirliyin tvitter səhifəsində bununla bağlı açıqlama yerləşdirilib Nazirliyin tvitter səhifəsində bununla bağlı açıqlama yerləşdirilib

Türkiyə Müdafiə Nazirliyi Ermənistanı sərt qınadı

Nazirliyin tvitter səhifəsində bununla bağlı açıqlama yerləşdirilib

Türkiyə Milli Müdafiə Nazirliyi 10 oktyabrda qəbul edilmiş humanitar atəşkəsə baxmayaraq, işğalçı Ermənistan ordusunun bu gün gecə radələrində Gəncə şəhərini atəşə tutmasına sərt reaksiya göstərib.

AzNews.az xəbər verir ki, nazirliyin tvitter səhifəsində bununla bağlı açıqlama yerləşdirilib.

“Hərbi və insanlığa qarşı cinayətlər törədən Ermənistan indi də atəşkəsi pozur. Ermənistan atəşkəsdə belə mülki yaşayış məntəqələrinə hücumlarını davam etdirir. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir”, - deyə açıqlamada qeyd olunub.