- Qayıdış
- 17 Oktyabr 2020 02:25
- 2 942
Prezidentin köməkçisi: "Ermənistan məsuliyyətə cəlb edilməlidir" - FOTOLAR

Bu barədə Hikmət Hacıyev "Twitter" səhifəsində məlumat verib
"Ermənistanın Azərbaycan mülki vətəndaşlarına etdiyi qorxaq və xain raket hücumları, o cümlədən Gəncəyə daha bir raket zərbəsi, Ermənistanın dövlət səviyyəsində terror/soyqırım aktı siyasətini davam etdirdiyini göstərir. Ermənistan məsuliyyətə cəlb edilməlidir".
AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.